+994503150415
TƏMİR və TİKİNTİ bazarında böyük təcrübəyə malik olan “My House” şirkəti 2012-ci ildən fəaliyyətə başlamışdır, və qısa bir müddət ərzində, müştərilərinin etibarını qazanaraq lider şirkətlərdən birinə çevrilmişdir. Tikinti bazarında fəaliyyət göstərdiyimiz illər ərzində, müştərilərimizə keyfiyyətli təmir, təmir zamanı qənaət etmə, zövqlü dizayn xidmətlərimizlə müştərilərimizi daim məmnun etməyə çalışmışıq.

"MY HOUSE" şirkəti müştərilərinə tikinti, təmir, dizayn, alqı-satqı, təmizlik və internet resursu olan www.evimiz.az  - daşınmaz əmlak platforması kimi sferalarda xidmət göstərməkdədir.

MİSSİYAMIZ

İnnovativ və keyfiyyət: Biz "MY HOUSE" MMC olaraq yalnız ölkəmizdə deyil, bütün dünyada qəbul edilən yenilikçi və keyfiyyətli olmaq anlayışı ilə layihələrimizi hazırlayırıq.

Ətraf mühitə bağlılıq: "MY HOUSE" MMC olaraq - həyata keçirdiyimiz bütün layihələrdə keyfiyyətin qorunması ilə yanaşı, ətraf mühitin qorunması naminə hər cür israfçılıqdan qorunmağı özümüzə qayə etmişik. Bütün fəaliyyətlərimizin ətraf mühitə təsirini qiymətləndiririk və bunu ən az şəkildə təbiətə əks etdirmək üçün bütün zəruri işləri görməyi öhdəmizə götürmüşük.

Müştərilərin maraqlarına hörmət: Şirkət siyasətimizə görə, iş ortaqları və müştərilərimizin ehtiyaclarını qiymətləndirərkən  görüləcək işdə mütləq müştərinin maraqları və karını düşünüb işi bu mövqeydə planlayıb və buna uyğun hərəkət etməyi özümüzə borc bilirik.