+994503150415
Daşınmaz Əmlak bazarında böyük təcrübəyə malik olan “My House” şirkəti 2012-ci ildən fəaliyyətə başlamışdır, və qısa bir müddət ərzində, müştərilərinin etibarını qazanaraq lider şirkətlərdən birinə çevrilmişdir. Agentliyimiz daim yenilənən məlumat bazasına malikdir. Bu bazaya şəhərin istənilən ərazisində istər təzə istərsə də köhnə tikili binalarda yerləşən mənzillər, istənilən növ fəaliyyət üçün yararlı olan obyektlər, villalar, bağ evləri və daşınmaz əmlakın digər növləri daxildir.

Əmlakınızı bizim şirkətə etibar etsəniz heç vaxt yanılmarsınız. Çünki məhz bizim şirkət sizin əmlakınızın satışını və yaxud icarəsini ən qısa müddət ərzində, sizə uyğun olan ən sərfəli şərtlər ilə və ən əsası hüquqi cəhətdən düzgün qaydada həyata keçirəcək. 
"MY HOUSE" şirkəti müştərilərinə tikinti, təmir, dizayn, alqı-satqı, təmizlik və internet resursu olan www.evimiz.az  - daşınmaz əmlak platforması kimi sferalarda xidmət göstərməkdədir.

MİSSİYAMIZ

İnnovativ və keyfiyyət: Biz "MY HOUSE" MMC olaraq yalnız ölkəmizdə deyil, bütün dünyada qəbul edilən yenilikçi və keyfiyyətli olmaq anlayışı ilə layihələrimizi hazırlayırıq.

Ətraf mühitə bağlılıq: "MY HOUSE" MMC olaraq - həyata keçirdiyimiz bütün layihələrdə keyfiyyətin qorunması ilə yanaşı, ətraf mühitin qorunması naminə hər cür israfçılıqdan qorunmağı özümüzə qayə etmişik. Bütün fəaliyyətlərimizin ətraf mühitə təsirini qiymətləndiririk və bunu ən az şəkildə təbiətə əks etdirmək üçün bütün zəruri işləri görməyi öhdəmizə götürmüşük.

Müştərilərin maraqlarına hörmət: Şirkət siyasətimizə görə, iş ortaqları və müştərilərimizin ehtiyaclarını qiymətləndirərkən  görüləcək işdə mütləq müştərinin maraqları və karını düşünüb işi bu mövqeydə planlayıb və buna uyğun hərəkət etməyi özümüzə borc bilirik.